Emin Abbasov Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni baş həkimi təyin olunub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, o, bu postda Yeganə Əliyevanı əvəz edib.

E.Abbasov bu təyinatadək Salyan Rayon Mərkəzi Xəstəxanasının acil şöbəsinin müdiri işləyib.