Beynəlxalq birjalarda Brent markalı neftin bir barreli 64,40 dollara satılır.
Metbuat.az xəbər verir ki, bundan əvvəl 64,62 dollara kimi bahalaşan Brent markalı neftin qiyməti ucuzlaşıb. Eyni zamanda “West Texas Intermediate” (WTI) markalı xam neftin bir barreli 61,12 dollara alınıb. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarını ilə bağlı sərəncam imzalaması neftə tələbatın azalması ilə bağlı narahatlıqları artırıb. Ağ evin sözçüsü Karoline Leavittin Trampın Çinlə tariflərlə bağlı razılığa gələ biləcəyi ilə bağlı açıqlaması bazarlarda nisbətən sabitlik yaratsa da, gərginlik davam edir. Dolların digər valyutalar qarşısında zəifləməsi də neft tələbini dəstəkləyən amil kimi irəli sürülür.
Dollar indeksi Trampın tarif qərarları və Çinlə artan ticarət gərginliyi səbəbindən son 3 ilin ən aşağı səviyyəsi olan 99.014-ə düşüb.