Medianın İnkişafı Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib.

Metbuat.az xəbər verir ki, kollektiv Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.