ABŞ ilə Çin İsveçrədəki görüşlərdən sonra ticarət və iqtisadi razılaşmalar əldə ediblər.

Metbuat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-ABŞ investisiya forumunda deyib.

"Biz Çinlə razılaşma əldə etdik. Xırda detalları razılaşdırmalıyıq", - Tramp bildirib.