Azərbaycanəsilli rejissorunun filmi beynəlxalq mükafata layiq görüldü

İranın azərbaycanəsilli rejissoru Cəfər Pənahinin "Sadə təsadüf" filmi "Qızıl palma budağı" mükafatına layiq görülüb.

Metbuat.az xəbər verir ki, mükafatlandırma 78-ci Kann Film Festivalının bağlanış mərasimində baş tutub.

Qeyd edək ki, Pənahi 1960-cı ildə Cənubi Azərbaycanın Miyana şəhərində anadan olub. 1995-ci ildə Pənahinin “Ağ şar” filmi “Kann” kinofestivalında “Qızıl kamera” mükafatını qazanıb. Eyni ildə film Nyu-York tənqidçilərinin “1995-ci ilin ən yaxşı filmləri” siyahısında da yer alıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı