Burada Bakıdan Gəncəyə, Şuşadan Naxçıvana Azərbaycanın dörd bir yanındakı qardaşlarıma sevgimi, hörmətimi göndərirəm.
Metbuat.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçında Müstəqillik Gününə həsr edilmiş mədəni tədbirdə bildirib.
Türkiyə Prezidenti Səməd Vurğunun “El bilir ki, sən mənimsən, yurdum yuvam məskənimsəm, anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan Azərbaycan” misralarını söyləyib.