ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən, "Biz bunu etməyəcəyik", - deyib.

Bundan əvvəl Böyük Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb ki, Tramp Volodimir Zelenski ilə söhbətində Ukraynaya əlavə uzaqmənzilli ATACMS raketlərinin ötürülməsi imkanını müzakirə edib.