Bu gün “Azadlıq – 2015” seçki blokunun Sədrlər Şurasının iclası keçirilib.


Blokdan APA-ya verilən məlumata görə, iclasda KXCP, Azadlıq, BAP, VİP, ALDP, Aydınlar Partiyası və AXP sədrləri iştirak edib.


Bloka daxil olan siyasi partiyalar iyunun 12-də keçiriləcək I Avropa Oyunlarının açılış mərasiminə qatılmağa qərar veriblər.

Sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.