Qaradağda 45 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Metbuat.az xəbər verir ki, hadisə avqustun 24-də saat 14 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsində baş verib.
Belə ki, qəsəbə sakini 1981-ci il təvəllüdlü Çingiz Əli oğlu Əliyev təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.