“Qalatasaray”da Okan Burukun gələcəyi ilə bağlı müzakirələr fonunda yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, komandanın baş məşqçi postunda dəyişiklik baş verəcəyi halda klub rəhbərliyinin diqqətində olan əsas namizədlərdən biri Didye Deşamdır. Türkiyə mətbuatının məlumatına görə, fransalı mütəxəssisin adı “Qalatasaray”la bağlı məşqçi siyahısında hallanmağa başlayıb.
İddialara görə, “Qalatasaray” Okan Burukla yollarını ayırmaq qərarına gəlsə, Deşamla danışıqlar aparmağı nəzərdən keçirə bilər. Qeyd edək ki, fransalı çalışdırıcı 2026-cı il dünya çempionatından sonra Fransa millisindəki fəaliyyətini yekunlaşdırıb.
Okan Burukun “Qalatasaray”dan ayrılacağı ilə bağlı yayılan xəbərlərdən sonra klub prezidenti Dursun Özbek bu iddiaları təkzib edib. Okan Burukun klubla müqaviləsi 2027-ci ildə yekunlaşır.