“Qalatasaray” prezidenti Dursun Özbek baş məşqçi Okan Burukla bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, Okan Buruka inam və güvənlərinin tam olduğunu bildirib. Dursun Özbek, son günlər bəzi media orqanları və sosial media hesablarında məşqçi və komanda ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyini qeyd edib. Özbek, Okan Burukla daim əlaqə saxladıqlarını və “Trabzonspor” məğlubiyyətindən sonra onunla şəxsən danışdığını bildirib. “Okan Buruka dünən də inamımız və güvənimiz tam idi, bu gün də tamdır”, - deyə klub prezidenti vurğulayıb.

Qeyd edək ki, “Qalatasaray” Superliqanın 6-cı turunda səfərdə “Trabzonspor”a 4:0 hesabı ilə məğlub olub. Bundan sonra bəzi dairələr Okan Buruki istefaya səsləyib.