"Formula 1" üzrə Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşündə hər iki “McLaren” bolidi qaraja qayıdıb.

Metbuat.az-ın xüsusi müxbiri xəbər verir ki, mühəndislər Lando Norrisin bolidində mümkün zədələri yoxlayır. Ardınca Oskar Piastri də yoxlamalar üçün qaraja çağırılıb.

Hazırda hər iki pilotun bolidində texniki baxış aparılır.