“Formula 1” üzrə Azərbaycan Qran-prisində 3-cü sərbəst yürüş başa çatıb.
Metbuat.az-ın xüsusi müxbiri xəbər verir ki, yürüşün qalibi “Red Bull” pilotu Maks Verstappen olub. “Mercedes” pilotu Corc Rassell ikinci, “Ferrari” pilotu Lyuis Hamilton isə üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisinin sıralama turu bu gün saat 16:00-da keçiriləcək. Əsas yarış isə sabah saat 15:00-da başlayacaq.