Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, Əhməd Əli-zadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə başqa məhkəmədə baxılıb.