Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Qeyd edək ki, Sahib Rzayev indiyə qədər Ədliyyə Nazirliyin İstintaq İdarəsinin rəisi olub.