Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.
O bildirib ki, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Zəfər Günü münasibətilə Qarabağa gələcək.
Səfər çərçivəsində iki ölkə liderinin görüşü keçiriləcək. Danışıqlarda Azərbaycan-Türkiyə əməkdaşlığı, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunacaq.