Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibəti ilə təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə MHP-nin sosial şəbəkə hesablarında paylaşım edilib.
"8 noyabr 2020-ci il Qarabağ Zəfəri mübarək olsun. Qarabağ Zəfərinin 6-cı ildönümündə əziz şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk" - deyə paylaşımda qeyd olunub.
"8 Noyabr Azərbaycan Zəfər Günü mübarək olsun" başlığı ilə edilən videolu paylaşımda isə MHP rəhbəri Dövlət Baxçalının "Qarabağ Türkdür, Qarabağ azaddır, Qarabağ Azərbaycandır. Qarabağ Türkün poladdan biləyidir. İki dövlət, bir millətik. İki ayrı bədəndə eyni canıq. Biz Türk millətiyik" sözlərinə yer verilib.