287 saylı Zəkalar Liseyinin 2A sinif şagirdləri Zəfər Gününü böyük sevinc və qürur hissi ilə qeyd ediblər.

Metbuat.az xəbər verir ki, sinif müəlliməsi Nazilə Quliyeva şagirdlərə Zəfər Gününün tarixi əhəmiyyəti, xalqımızın qəhrəmanlıq salnaməsi, Vətən uğrunda canlarından keçən şəhidlərimizin şücaəti və tarixi Qələbənin mahiyyəti barədə məlumat verib.

Dərsin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirmək, milli-mənəvi dəyərlərə bağlılığı aşılamaq və gələcək nəsillərə Zəfər tariximizin əhəmiyyətini çatdırmaq olub.

Məktəblilərin Zəfər Gününə həsr etdiyi görüntüləri təqdim edirik: