Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Metbuat.az xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

"Ədalətin təntənəsini, suverenliyi və ölkənin ərazi bütövlüyünün bərpasını simvolizə edən Zəfər Günü münasibətilə Azərbaycan rəhbərliyini və qardaş xalqını təbrik edirəm! Azərbaycana sülh, birlik, rifah və gələcək uğurlar arzulayıram!", - səfir qeyd edib.