Bu gün "Bakı-2015" I Avropa Oyunlarında voleybol yarışlarına start verilib. Görüşlərin keçiriləcəyi “Kristal Zal”da qadın voleybolçular münasibətlərinə aydınlıq gətirəcək.

Günün ilk oyun B qrupunda yer alan Serbiya və Xorvatiya komandaları arasında olacaq.

Azərbaycan millisi isə I turda Rumıniya ilə üz-üzə gələcək. Görüş saat 16:30-da start götürəcək.

Voleybol, qadınlar

I tur

A qrupu

İtaliya – Belçika - 3:0 (25:22, 25:20, 25:20)
16:30. Azərbaycan – Rumıniya
22:00. Polşa – Türkiyə

B qrupu

Serbiya – Xorvatiya - 3:0 (25:15, 25:17, 25:17)

Almaniya – Bolqarıstan - 1:2 (25:22, 24:26, 10:25)

20:00. Hollandiya – Rusiya

Kişi voleybolçular mübarizəyə sabah qoşulacaq.

Metbuat.az canlı yayım linkini təqdim edir.