Bakı, 20 yanvar, İbrahim Əsədov, AzərTAc
20 Yanvar tariximizin qanlı, eyni zamanda, qəhrəmanlıq səhifəsidir. Həmin gün şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi heç zaman yaddan çıxmayacaq.
Bu sözləri Şəhidlər xiyabanını ziyarətə gələn Bakı Slavyan Universitetinin II kurs tələbəsi Elnur Şirinzadə AzərTAc-a müsahibəsində bildirib.
E.Şirinzadə deyib: “Şəhidlər ölkəmizin müstəqilliyi, suverenliyi, xalqımızın azadlığı yolunda əsl qəhrəmanlıq, fədakarlıq nümunəsi göstəriblər. Onların yolu nəsillərə örnəkdir”.