Ronaldu Şeyklə vidalaşdı, yeni sevgili tapdı

Ronaldu Şeyklə vidalaşdı, yeni sevgili tapdı
23:42 20 Yanvar 2015
264 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldu ispan teleaparıcı, 22 yaşlı Lusiya Vilyalon Purasla görüşməyə başlayıb.
 
Milli.Az The Daily Star-a istinadən bildirir ki, tatar supermodel İrina Şeyklə illərdən bəri davam edən münasibətləri kəsməzdən əvvəl Ronaldu artıq Vilyaonla birlikdə olub.
 
Yanvarın 18-də L.Vilyalon "Real"-"Hetafe" (3:0) matçında idi.
 
K.Ronaldu supermodel İrina Şeyk ilə 5 ildən bəri davam edən münasibətlərini yanvarın 17-də bitirib.
 
Səbəbin onun Vilyalonla əlaqələrində Şeykin xəbər tutması olub. Daha doğrusu, yanvarın 13-də L.Vilyalon Twitter-dəki profilində K.Ronaldu ilə selfi fotosunu yerləşdirib. Foto Ronaldunun "Qızıl top" mükafatı aldığı Sürixdən qayıtdığı təyyarədə çəkilib.
 
Bundan başqa, Kriştianu Ronaldunun tələblərindən biri də İrina Şeykin karyerasını başa vuraraq, ana və ev xanımı olması idi.
İrina Şeyk isə bununla razılaşmayıb.
 
K.Ronaldu tatar supermodellə münasibətlərin kəsilməsini dürüst addım adlandırıb: "5 il davam edən münasibətlərimiz bitdi. Bu addımı indi atmağın hər ikimiz üçün yaxşı olacağı qənaətinə gəldik. Şeykə səadət arzulayıram".
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/50401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR