Elin Süleymanov "The New York Times"-ın cavabını verdi

Elin Süleymanov "The New York Times"-ın cavabını verdi
10:58 21 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov məşhur “The New York Times” qəzetinin 11 yanvar tarixli buraxılışında Azərbaycana qarşı dərc edilmiş qərəzli yazıya cavab verib.

Trend-in məlumatına görə, cavab yazısı qəzetin 20 yanvar tarixli buraxılışında dərc edilib.

Səfirin cavabında qeyd olunur: "Məgər ABŞ-ın tərəfdaşları Vaşinqtona elə sizin də istinad etdiyiniz “WikiLeaks”-dən Birləşmiş Ştatlar barədə öyrəndikləri əsasında və ya ABŞ-ın ədalətə baxışlarından fərqli olan fərdi baxışlar prizmasından münasibət bəsləməlidir? Əgər belə olacaqsa, danışıqlar qeyri-səmərəli qarşılıqlı ittihamlarla məhdudlaşacaq.

Bunun əvəzində, daha pozitiv məsələlərə diqqəti cəlb etmək və Ermənistanın Dağlıq Qarabağ və ətraf əraziləri işğal etməsi nəticəsində yüz minlərlə məcburi köçkünün humanitar ehtiyacları kimi real problemləri həll etmək istiqamətində iş aparmaq daha səmərəli yanaşma olardı. Bu, əlbəttə, ABŞ dəyərlərinə və maraqlarına uyğun olar".

E.Süleymanov bildirir ki, "The New York Times"-ın məqaləsində Azərbaycan əleyhinə koordinasiyalı kampaniyanın aparılması faktları qeyd olunmasa da, ABŞ mediasında Azərbaycanın birtərəfli tənqid edilməsi hallarının artması belə kampaniyanın aparıldığını göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR