[ 21 Yanvar 2015 11:53 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Elnur Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Elnur Məhərrəmov 6 il 2 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Elnur Məhərrəmov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.