Google şirkəti boşluqlara görə pul verir

Google şirkəti boşluqlara görə pul verir
23:42 18 İyun 2015
Ölkə mətbuatı
A- A+

Google şirkəti elan edib ki, boşluqlara görə mükafatlandırma proqramını genişləndirir. Bundan sonra ağ hakerlər yalnız Chrome brauzerində və Googleun başqa məhsullarında deyil, həm də Nexus qurğuları üçün Android əməliyyat sistemində aşkar edilmiş boşluqlara görə mükafatlandırılacaq. 

SecurityLab yazır ki, Android Security Rewards adlandırılmış proqram Londonda Black Hat Mobile Summit tədbiri çərçivəsində təqdim edilib. Android üzrə informasiya təhlükəsizliyi eksperti Con Larimer bildirib ki, yalnız Nexus 6 və Nexus 9 qurğularında aşkar edilmiş boşluqlara görə mükafata iddia etmək olar. Mütəxəssis iddia edir ki, Android platforması yeni mükafatlandırma proqramından fayda əldə edəcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Android mobil platformasında kritik boşluğun aşkar edilməsi üçün maliyyə mükafatı 40 min dollara çata bilər.
 
Aşkar edilmiş kritik boşluğun başlanğıc dəyəri 2 min dollar təşkil edir, yüksək  təhlükə dərəcəsinə malik boşluqlar 1000 dollar dəyərində qiymətləndirilir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/351125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR