Portuqaliyalı taekvondoçu karyerasında ən böyük uğuru Bakıda qazanmasından məmnundur

Portuqaliyalı taekvondoçu karyerasında ən böyük uğuru Bakıda qazanmasından məmnundur
01:33 19 İyun 2015
46 İdman
Ölkə mətbuatı
A- A+


Lissabon, 19 iyun, AZƏRTAC 
Birinci Avropa Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarında qızıl medal qazanmış Portuqaliya idmançısı Rui Braqança təəssüratlarını ölkəsinin mətbuatı ilə bölüşüb. O, karyerasında ən böyük uğuru Bakıda qazanmasından və ilk Avropa Oyunlarının qızıl medalının sahibi olmasından məmnunluğunu ifadə edib.
“Observador” portalına müsahibəsində idmançı Bakının sanki sehrli bir şəhər olduğunu bildirib.
Rui Braqança taekvondoçu kimi ilk ciddi uğurunu da 2007-ci ildə Bakıda keçirilən gənclər arasında Avropa çempionatında qazandığını, o vaxt üçüncü yeri tutduğunu diqqətə çatdırıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Portuqaliyali_taekvondochu_karyerasinda_en_boyuk_uguru_Bakida_qazanmasindan_memnundur-865138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR