Bakıda ata, oğul və bacıoğlunu niyə bıçaqladılar?

Bakıda ata, oğul və bacıoğlunu niyə bıçaqladılar?
11:56 19 İyun 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilənm əlumata görə, hadisə saat 14 radələrində rayon ərazisindəki məscidlərinin birinin yaxınlığında baş verib.

Rayonun Yeni Suraxanı qəsəbəsi, Kirov küçəsi 4 ünvanında yaşayan 67 yaşlı Aydın Yusif oğlu Bağırov, onun oğlu 35 yaşlı Taleh Bağırov və Aydın Bağırovun bacısı oğlu, 35 yaşlı Ənvər Akif oğlu Məmmədov bıçaqlanıbar.

Hər 3 yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstələri müalicə edən həkim Rasim Abdulrəhimov ANS PRESS-ə bildirib ki, yaralılardan biri, Taleh Bağırova yardım göstərildikdə sonra evə buraxılıb. Digər yaralı, Aydın Bağırovun vəziyyəti ağırdır və o, reanimasiyada müalicə alır. Onun qohumu isə palatadadır.

Deyilənlərə görə, hadisə ata və oğulun mübahisəsi zamanı baş verib. Onlar elə özləri bir-birilərinə xəsarət yetiriblər.Həmçinin o da məlum olub ki, bıçaqlanan şəxslərdən ata-oğul Bağırovlar əvvəllər narkotik vasitələrin alqı-satqısına görə məhkum olunub.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=351843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR