Belçikalı idmançı bizim azarkeşlər haqda: "Ağlımı itirəcəyimi düşünürdüm"

Belçikalı idmançı bizim azarkeşlər haqda: "Ağlımı itirəcəyimi düşünürdüm"
13:05 20 İyun 2015
53 İdman
Ölkə mətbuatı
A- A+

Ötən gün İlk Avropa Oyunları çərçivəsində keçirilən qadınlar arası voleybol yarışlarında Azərbaycan və Belçika komandaları qarşılaşıb.

Milli.Az xəbər verir ki, Azərbaycanın qələbəsi ilə nəticələnən qarşılaşmadan sonra Belçika yığmasının üzvü Valeri Kurtua oyun haqda təəssüratlarını danışıb.

"Düşünürəm ki, əvvəlki qarşılaşmalarda olduğundan daha yaxşı çıxış etdik. Biz yaxşı oynadıq və qələbə qazanmaq imkanımız vardı, lakin üçüncü setdə onların beş top irəli keçməsinə imkan verdik. Vəziyyəti lehimizə dəyişmək çətin idi, - idmançı komandanın çıxışı barədə deyib.

Çılğın azarkeşlərə qarşı oyun necə idi sualına isə idmançının cavabı belə olub:

"Bu, mənim üçün qəbulediləndir. Texniki işçilərdən biri meqafonla səs-küy yaradırdı (sirena səsi). Ağlımı itirəcəyimi düşünürdüm. Meqafonun səsi qulaqları batırırdı. Mən çox səs-küy yaradan tamaşaçıları sevirəm, çünki bu, oyunu hiss etməyə və daha yaxşı oynamağa sövq edir".

Teymur Hacıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR