"Bakı-2015": 3 boksçumuz 1/4 finala yüksəldi (YENİLƏNİB)

I Avropa Oyunlarında boks üzrə mübarizə davam edir.

Metbuat.az-ın xəbərinə görə, bu gün qadınların yarım-yüngül (51-54 kq), birinci yarım-orta (60-64 kq), kişilərin yüngülvari (52 kq), yüngül (60 kq), yarım-orta (69kq) və super ağır (91+) çəki dərəcələrində 1/8 final mərhələləri keçirilir.

Qadınların yarım-yüngül çəki dərəcəsində Azərbaycanı təmsil edən Anna Əlimərdanova birbaşa 1/4 finaldan mübarizəyə qoşulacağından bu gün rinqə çıxmayıb. Yarım-orta çəki dərəcəsində təmsilçimiz Elena Vistripova iyunun 23-də 1/4 final matçında qüvvəsini sınayacaq.

Kişilərin yüngülvarı çəki dərəcəsində Elvin Məmişzadə Mayls Keysini 3:0 hesabıyla məğlub edərək 1/4 finala yüksəlib.

Kişilərin yüngül çəki dərəcəsində isə Albert Səlimov Gürcüstanı təmsil edən və əslən Ermənistandan olan Otar Eranosyanla qarşılaşıb. İdmançımız görüşdən 3:0 hesabıyla qalib ayrılıb.

Yarım-orta (69 kq) çəki dərəcəsində Pərviz Bağırov sabah 1/4 final görüşünə çıxacaq.

Nəhayət, super ağır çəkidə isə Məhəmmədrəsul Məcidov Mixeil Baxtidzeni 3:0 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR