Sumqayıtda “Yay futbol düşərgəsi” layihəsinin ikinci mərhələsi başa çatıb

Sumqayıtda “Yay futbol düşərgəsi” layihəsinin ikinci mərhələsi başa çatıb
17:48 20 İyun 2015
117 İdman
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 20 iyun, AZƏRTAC 
Sumqayıt məktəbliləri üçün təşkil olunan “Yay futbol düşərgəsi” layihəsinin ikinci mərhələsi başa çatıb. Layihə “Kapital Bank” ASC, “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, “Azərikimya” İstehsalat Birliyi və “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, ikinci mərhələnin son günündə bütün iştirakçılar mükafatlandırılıblar.
“Kapital Bank Arena”nın konfrans zalındakı mərasimdə “Sumqayıt” futbol klubunun Müşahidə Şurasının sədri Abdulla Məmmədov, futbol veteranları Telman Salahov və Ağamusa Bağırov, klubun məşqçi heyəti iştirak edib.
İştirakçılara “Sumqayıt” futbol klubunun idman geyimi, “Kapital Bank” ASC, “Paşa Həyat Sığorta” ASC və AFFA-nın müxtəlif hədiyyələri təqdim edilib.
Qeyd edək ki, iyunun 2-də start götürən layihə 3 qrup üzrə keçirilir. “Yay futbol düşərgəsi" layihəsinin ikinci mərhələsində 4, 11, 14, 38, 43 və 44 saylı orta məktəblərin şagirdləri iştirak ediblər. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən çox oğlan və qız şagirdi iştirak edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_Yay_futbol_dusergesi_layihesinin_ikinci_merhelesi_basa_chatib-865697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR