“Softbank” kompaniyası bir dəqiqədə min ədəd insanabənzər “Pepper” robotları satıb

“Softbank” kompaniyası bir dəqiqədə min ədəd insanabənzər “Pepper” robotları satıb
19:43 20 İyun 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Yaponiyanın “Softbank” kompaniyası cəmi bir dəqiqə ərzində özünün insan emosiyalarını başa düşən “Pepper” adlı robotlarının bütün partiyasını satıb. Korporasiya hələlik əlavə sifarişləri qəbul etməyə hazır olmadığını bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniya qiyməti 214 min yen (1,7 min dollar) olan insanabənzər androidlərə online-sifarişi bu gün yerli vaxtla saat 10:00-da qəbul etməyə başlayıb. İlk partiyada satışa 1000 ədəd robot çıxarılıb.
Sifariş verməyə imkan tapan alıcılar öz robotlarını yalnız iyul ayında əldə edə biləcəklər. Elə həmin vaxt sifariş qəbulunun bərpa olunacağı gözlənilir.
Kompaniya mütəxəssislərinin sözlərinə görə, robota ona sevinc, qəm, qorxu, həyəcan və bu kimi digər insan emosiyalarının bütün spektrini tanımağa imkan verən çox sayda kamera və sensor quraşdırılıb. Bundan başqa, android toqquşma və təmas sensorları, həmçinin giroskop və ultrasəs sonarları, lazer, kamera və mikrofonlarla təchiz edilib.
Son zamanlar Yaponiyada robotlar istehsalat və xidmət sahələrində aktiv surətdə tətbiq edilir. İyunun 17-də hökumət robotları daha perspektivlı sənaye müəssisələri və xidmət sahələrinə yeridilməsinə yardım məqsədi ilə xüsusi proqram qəbil edib. Proqrama əsasən, robotların istehsalatda aktiv istifadəsi sənaye müəssisələri və xidmət sahələrinin modernizəsini sürətləndirməyə, həmçinin ölkədə işçi qüvvəsinin qocalması və çatışmazlığı şəraitində əmək məhsuldarlığını artırmağa xidmət etməlidir. Bu məqsədlə dövlət xəzinəsi iri sahibkarların xərclərinin yarısını, kiçik sahibkarların isə xərclərinin 2/3-ni kompensasiya edəcək.
Bundan başqa, fevral ayında “Softbank” kompaniyasının hazırladığı insanabənzər robot dünyada ilk dəfə bank “əməkdaşı” olub. “Nao” adlı android “The Bank of Tokyo-Mitsubishi” bankının ştatına keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Softbank_kompaniyasi_bir_deqiqede_min_eded_insanabenzer_Pepper_robotlari_satib-865727

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR