FHN Qaxdakı ağır yol qəzası ilə bağlı məlumat yaydı

FHN Qaxdakı ağır yol qəzası ilə bağlı məlumat yaydı
23:14 20 İyun 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi iyunun 20-də Qaxda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qax şəhəri, Qax-Şəki yolunun 5-ci kilometrliyində vətəndaşlara məxsus minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

 

Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Niva” markalı minik avtomobilinin sərnişinləri 1991-ci il təvəllüdlü Əjdər Paşa oğlu Liftiyev və 1993-cü il təvəllüdlü Anar İftixar oğlu Zəminli, “Mercedes” makralı minik avtomobilinin sürücüsü Samir Teymur oğlu Məcidov və sərnişin 1986-ci il təvəllüdlü Pərvin Kamil oğlu Tosov hadisə yerində vəfat ediblər.

 

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobillərdən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:51-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR