Ağsuda aptek, Şamaxıda ev yandı

Ağsuda aptek, Şamaxıda ev yandı
09:51 21 İyun 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə və səhər saatlarında bir sıra rayonlarda yanğın hadisələri qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla məlumatına görə, Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan aptekdə soyuducu, 1 ədəd plastik qapı və 1 kv.m sahədə dərman preparatları yanıb. Aptekin qalan hissəsi yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi isə Şamaxı rayonunda baş verib. Rayonun Mədrəsə kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxində döşəməsi 4 kv.m sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=352191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR