Gələn il Filippində "Supermodel İnternational 2016" beynəlxalq model müsabiqəsinin dünya finalı start götürəcək.
Bu haqda məlumatı Milli.Az-a təşkilatçı Aqil Məmiyev deyib.
""Supermodel İnternational 2016"-ya qatılan 17 yaşlı modelimiz Nərgiz Nəsrullayeva üzümüzə gələn il noyabrın 11-də ölkəmizi təmsil etmək üçün Filippinə yola düşəcək.
"Supermodel İnternational 2016" yarışına hazırlıq tam sürətlə davam edir. Bu müsabiqədə dünyanın 100-ə yaxın ölkəsindən qızlar iştirak edəcəklər. Promo-aksiyalar və kamp vaxtı finala kimi 10 gün ərzində davam edəcək.
Hal-hazırda Nərgiz müsabiqəyə hazırlıq mərhələsində təcrübəli stilistlərlə, model trenerlərlə və fotoqraflarla çalışır".
Nəzərinizə çatdıraq ki, müsabiqə 2000-ci ildən hər il dünyanin nüfuzlu ölkələrində keçirilir. Qeyd edək ki, yarışın beynəlxalq direktoru "World Beauty Congress"in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.
Milli.Az
Foto: Rövşən Nazirli




