[ 21 Yanvar 2015 16:44 ]



Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti gələn il məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizmini təsdiq edəcək.

APA-nın məlumatıma görə, bu, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda əksini tapıb.

Təhsil Nazirliyi öz növbəsində 2016-cı ildən başlayaraq, mütəmadi məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizmini tətbiq edəcək.