Macarıstan Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Macarıstan Azərbaycanla əməkdaşlığa böyük önəm verir
19:38 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutora ilə görüşüb.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyib, əlaqələrimizin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin xüsusi rolunu vurğulayıb, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın fəaliyyətini qeyd edib.
Ş. Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb, 20 Yanvar hadisələri barədə məlumat verib.
Səfir Jolt Çutora ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb, iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin əhəmiyyəti qeyd olunub, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də əczaçılıq və tikinti sahəsində əməkdaşlığa, həmçinin hökumətlərarası komissiyanın növbəti iclasına dair müzakirələr aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR