Suriyada terror aktı: 7 nəfər öldü

Suriyada terror aktı: 7 nəfər öldü
19:51 21 Yanvar 2015
158 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada güclü partlayış törədilib. ANS PRESS-in məlumatına görə, bu haqda "France-Presse" xəbər agentliyi xəbər yayıb.

Xəbərə görə, Suriyanın Homs şəhərində ticarət sahəsində minalanmış avtomobilin partlayışı nəticəsində yeddi nəfər həlak olub, 30 yaralanıb.

Hakimiyyət hadisəni "qorxaq terror aktı" adlandırıb.

Bundan başqa, yaxında olan prezident Başar Əsədə aid ələvilərə məxsus bina minaatandan atəşə tutulub.

Yanvarın 26-dan 29-dək Moskvada Suriyanın hökumət və müxalifət nümayəndələrinin görüşü keçiriləcək.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR