"Qarabağ" ÇL-in yarımfinalçısına qarşı (CANLI YAYIM)

"Qarabağ" ÇL-in yarımfinalçısına qarşı (CANLI YAYIM)
20:21 21 Yanvar 2015
101 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama oyununu keçirir. ANS PRESS-in məlumatına görə, Qurban Qurbanov yetirmələrini İsveçrə klubu ilə oyunda sınayır.

Belə ki, "Qarabağ" "Süriх" lə qarşılaşır.

Qeyd edək ki, 1896-cı ildə yaradılıb. 119 yaşlı klub 12 dəfə İsveçrə çempionu, 8 dəfə ölkə kubokunun qalibi olub, 1963/64 və 1976/77 mövümlərində Çempionlar Liqasının yarımfinalında oynayıb. Hazırda Urs Meyerin başçılıq etdiyi komanda qış fasiləsinə ikinci pillədə yollanıb.

"Qarabağ" Antalyadakı ilk yoxlama oyununda Xorvatiyanın "RNK Split" klubuna 1:3 hesabı ilə məğlub olub. Qurban Qurbanov yetirmələrini yanvarın 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) oyunda sınayacaq.

Antalya
Yoхlama oyunu
21 yanvar

19.30 Qarabağ (Azərbaycan) - Süriх (İsveçrə)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov.
"`İC Santai" otelinin meydançısı.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR