ABŞ Konqresində terror aktı hazırlayan şəxsi 20 illik həbs cəzası gözləyir

01:37 22 Yanvar 2015
169 Dünya
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 01:33 ]

Bakı-APA. ABŞ Konqresinin binasında terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi 20 illik həbs cəzası gözləyir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 20 yaşlı Kristofer Li Kornuelə qarşı rəsmən ittiham irəli sürülüb.

 

Kornuel Vaşinqtonda Konqresin binasına hücum edərək qanunvericilərə atəş açmaq və partlayış törətməyi planlaşdırılmaqda  şübhəli  bilinərək dekabrın 15-də Ohayo ştatında Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən həbs edilmişdi. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369892

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR