I Avropa Oyunları Azərbaycanı dünyaya təqdim etmək üçün əla imkan oldu.

Bunu Trend-ə Avropa Üzgüçülük Liqasının nümayəndəsi Simona Smurio Sçiavoni deyib.

O, Bakıda birinci dəfədir olduğunu bildirib: "Bura çox gözəldir, insanlar çox mehribandırlar. Bu barədə İtaliyada danışacağam".

Onun həmkarı Marko Birri qeyd edib ki, Azərbaycan idmançılar üçün əla şərait yaradıb: "Bir çox idmançılar əgər Olimpiya Oyunlarında iştirak etməsələr, daha belə şərait görməyəcəklər".

Milli.Az