İŞİD üçün toplanırlar

İŞİD üçün toplanırlar
05:41 22 Yanvar 2015
208 Dünya
Ölkə mətbuatı
A- A+

Con Kerri cümə axşamı Filip Hammondla görüşəcək.

ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri ingiltərəli həmkarı Filip Hammond, eləcə də İŞİD-ə qarşı beynəlxalq koalissiyaya daxil olan ölkələrin xarici işlər nazirləri yanvarın 22-də – cümə axşamı Londonda bir araya gələcək. Bu barədə “AFP” ingilis nümayəndələrə istinadən xəbər yayıb.

Təxminən 20 ölkənin iştirak edəcəyi gözlənilən toplantı bir gün davam edəcək. Burada, İŞİD terror qruplaşmasına qarşı mübarizədə əldə edilən irəliləyiş və görüləcək işlər, yeni həmlələr müzakirə ediləcək.

“İŞİD-in zəhərli ideologiyasına qarşı ortaq səylərimizi və bu vaxta qədər etdiklərimizi dəyərləndirmək üçün vacib bir fürsətdir” – deyə İngiltərə xarici işlər naziri Filip Hammond bir neçə gün əvvəl “Daily Telegraph” qəzetinə açıqlamasında bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR