Boliviyada sərnişin avtobusu aşıb, 4 nəfər ölüb, 16 nəfər yaralanıb

07:07 26 Dekabr 2014
57 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 06:37 ]

Bakı-APA. Boliviyada sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qəza Santa Krus de la Syerra şəhərindən 241 km aralıda magistral yolda baş verib.

 

İlkin məlumata görə, qəzaya səbəb əyləc sistemində yaranmış problem olub. Qəza qurbanları arasında 6 aylıq və 3 yaşlı uşaqların da olduğu bildirilir.  

 

Xəsarət alanlar xəstəxanalara çatdırılıb, faktla bağlı araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR