Bakı, 28 iyun, AZƏRTAC
Birinci Avropa Oyunları çərçivəsində Veloparkda BMX velosiped idmanı üzrə yarışların qalibləri və mükafatçıları müəyyən ediləcək. Əvvəlcə 8 qadın velosipedçisi arasından qaliblər və mükafatçılar seçiləcək, sonra kişilər arasında final keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarımfinalda starta ilk olaraq kişilər çıxıblar.