Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Ürək-damar xəstəliklərinə ümumi baxış” mövzusunda tədbir keçirilib.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, mütəxəssislərin, rezident və tələbələrin iştirak etdikləri tədbirdə baş həkim Asiman Həsənov mövzunun əhəmiyyətindən danışıb.
Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, kardiocərrah Mirəli Məcidovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə ürək-damar xəstəlikləri və bu sahədə cərrahiyyə əməliyyatları barədə ətraflı məlumat verilib.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb.