"Qrantların nəticələrinin dəyərləndirilməsində vahid yanaşma olacaq"

"Qrantların nəticələrinin dəyərləndirilməsində vahid yanaşma olacaq"
13:34 22 Yanvar 2015
185 Sosial
Ölkə mətbuatı
A- A+

 

“Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə yaradılmış Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi kimi görürük və dəyərləndiririk”. Lent.az-ın məlumatına görə, bunu PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Şurası 7 ildir fəaliyyət göstərir və gələn il Şurada ikinci sədrlik dövrü başa çatır: “Bu, hər bir təşkilat üçün mühüm bir dövrdür. Əgər Şura bu dövr ərzində bir iş görübsə, deməli, iş görməyə və bundan sonra yaşamağa layiqdir. Şura ötən 7 ildə kifayət qədər səmərəli və müsbət fəaliyyət göstərib. Şuranın xətti ilə 2008-2014-cü illərdə 2 mindən çox layihə maliyyələşdirilib. Bu layihələrin maliyyələşməsinə 20 milyon manatdan artıq vəsait sərf olunub”.

PA rəsmisi vurğulayıb ki, Azərbaycan dövləti tərəfindən QHT-lərin maliyyələşməsi təkcə şura vasitəsi ilə deyil, digər qurumlar, nazirliklər və komitələr tərəfindən də həyata keçirilir. “Bu ildən dövlət başçısının sərəncamı ilə QHT-lərin fəaliyyətinin vahid koordinasiyası, xüsusilə də qrant fəaliyyətinin həyata keçirilməsinin koordinasiyası Şuraya həvalə olunub. Qrantların nəticələrinin dəyərləndirilməsi sahəsində vahid yanaşma olacaq. Müstəqillik dövründə Azərbaycanda QHT-lərdən ibarət III sektor formalaşıb. Hazırda ölkədə 3 minə yaxın QHT qeydiyyatdan keçib”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR