Azərbaycanda ilk

Azərbaycanda ilk
15:21 22 Yanvar 2015
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Füzuli rayonunun Qayıdış-3 qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilib.

ANS PRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş tədirdə rayon ICRA hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 200 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 7816 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 200 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə ilk dəfə təbii qazın verilməsinə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=321196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR