Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib
16:43 22 Yanvar 2015
149 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Yanvarın 22-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri komandanı, general-mayor İbrahim Nasir Məhəmməd Əl-Ələvi ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tərəflər regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini vurğulayaraq Silahlı Qüvvələrimizin şəxsi heyətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin hər qarış torpağını işğalçılardan azad etmək üçün döyüşə hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Salem Xalifa Mohamed Əl-Ğafli də iştirak edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR