Bakı, 7 iyul, AZƏRTAC
2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbul imtahanının iyulun 7-də keçirilmiş ikinci mərhələsi ilə (ixtisas fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Apelyasiya Komissiyası yaradılıb.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına iyulun 8-dən 10-dək saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.