Müğənni Rüfət Axundov avtomobil sevgisindən bəhs edib.

Axşam.az-a açıqlama verən sənətçi hobbisinin maşın və geyim olduğunu bildirib:

"Həyatda tək marağım avtomobillər və geyimdir. Qorxuram ki, dünyamı tez dəyişərəm, doyunca istədiyim maşınları sürmərəm. Ona görə də tez-tez avtomobilimi dəyişirəm. Nəsə yeni maşın çıxırsa, alıram, 5-6 ay sürüb satıram".

Yay istirahətindən söz açan R.Axundov Pattaya adasında dincələcəyini bildirib:

"Bölgələrimizdə dincəldim. Şamaxıda, Xaçmazda oldum. Hər il xaricə gedirdim, indi isə Bakıda hər şey var: hovuz, otel, dəniz. Amma bu yaxınlarda dostlarımla Pattaya adasına gedəcəm. Neçə vaxtdır ailəmlə dincəlirəm, indi dostlarıma vaxt ayıracam".

Milli.Az

Rüfət Axundovun avtomobil sevgisi - FOTO
Rüfət Axundovun avtomobil sevgisi - FOTO
Rüfət Axundovun avtomobil sevgisi - FOTO
Rüfət Axundovun avtomobil sevgisi - FOTO