Göyçay rayonunda təbii qaz təchizatında fasilə yaranacaq.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən magistral qaz kəmərinə yeni çəkilmiş xəttin və qaz tənzimləyici qurğuların qoşulması, həmçinin ehtiyat qaz kəmərlərinin əsas qaz kəmərindən ayrılması ilə əlaqədar noyabrın 2-dən üç gün müddətinə, noyabrın 5-dək Göyçay rayonunun Mirzəhüseynli, İkinci Ərəbcəbirli, Şəhadət, Qarabağlar, Üngütlü, Mallı Şıxlı, Ərəbşahverdi, Xəlitli, Yeniarx, Hacıağabəyli, Müşkürlü, Qəbələ Müşkürlü, Çərəkə, Çərəcə və Şıxlar kəndlərinin mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Xatırladaq ki, qaz verlişinin bərpası noyabr ayının 5-də olacaq.